CƏMİYYƏT


Nika Çitadze: Azərbaycan ilə Gürcüstan regionda sülhün bərqərar olması üçün ciddi addımlar atır

Tbilisi, 9 mart, AZƏRTAC

Bu gün Azərbaycan ilə Gürcüstan regionda sülhün və təhlükəsizliyin bərqərar olması, ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifah halının yaxşılaşması üçün ciddi addımlar atır, irimiqyaslı layihələr həyata keçirirlər. Lakin Ermənistan və onun havadarları bizim dostluğumuza, əməkdaşlığımıza xələl gətirmək üçün çalışırlar. Bu, yolverilməzidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü politoloq, tarixçi alim Nika Çitadze “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda Tbilisidə keçirilən konfransda söyləyib.

Tarixçi alim deyib ki, Azərbaycanın və Gürcüstanın qeyri-hökumət təşkilatları, sağlam düşüncəli ziyalıları birləşməli, dostluğumuza xələl gətirmək istəyənlərə qarşı birgə mübarizə aparmalıdırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.