CƏMİYYƏT
Niko Horn: Azərbaycan qida təhlükəsizliyini təmin etməklə öz məhsullarını Avropa ölkələrinə ixrac edə bilər VİDEO
Paris, 30 mart, AZƏRTAC
Azərbaycanın tərəfdaşlarla müzakirələrə açıq olması, qida təhlükəsizliyinin təmin olunması üçün təcrübə mübadiləsində maraq göstərməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ixrac potensialı böyükdür. Qida təhlükəsizliyini təmin etməklə Azərbaycan öz məhsullarını Avropa ölkələrinə ixrac edə bilər. Bunun üçün Azərbaycanın lazımi standartları qısa müddət ərzində mənimsəyəcəyinə əminəm.
Bu fikirləri Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Niko Horn AZƏRTAC-a müsahibəsində deyib.
Qeyd edib ki, Avropa standartlarına uyğunlaşmaq ixracat üçün digər tərəfdaş ölkələrin etibarını qazanmağa təkan verəcək. EPPO üzv dövlətlərlə təcrübə mübadiləsi aparmağa imkan yaradır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris