İDMAN


Niko Hülkenberq 70 illik yubiley Qran-Prisində Serxio Peresi əvəz edəcək

Bakı, 7 avqust, AZƏRTAC

Niko Hülkenberq Böyük Britaniyada təşkil olunacaq və Formula 1 üzrə dünya çempionatının 70 illik yubileyinə həsr ediləcək Qran-Pridə də Serxio Peresi əvəzləyəcək.

AZƏRTAC xəbər verir ki, meksikalı sürücü S.Peresin koronavirus testi ötən həftə təşkil olunan Britaniya Qran-Prisindən əvvəl pozitiv çıxmış və onu N.Hülkenberq əvəz etmişdi. Lakin S.Peresin testi 70 illik yubiley Qran-Prisindən əvvəl də pozitiv çıxıb. Belə olan halda Kanada təmsilçisi növbəti dəfə N.Hülkenberqin xidmətindən istifadə edəcək.

Formula 1 üzrə dünya çempionatının 70 illik yubileyinə həsr olunmuş yürüş avqustun 9-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.