SİYASƏT
Nikol Paşinyan: Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarını açmağa hazırdır

Moskva, 7 iyun, AZƏRTAC
Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının Soçidə keçirilən iclası çərçivəsində Rusiya hökumətinin sədri Mixail Mişustin ilə görüşündə bildirib.
O deyib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupunun Moskvada keçirilən sonuncu iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub.
N.Paşinyan İrəvanın Azərbaycan və Rusiya prezidentlərinin Ermənistanın baş naziri ilə birgə imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq, regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva