DÜNYA


Nikol Paşinyan: Regionda yaranan yeni imkanlardan istifadə etmək üçün bizdən ciddi səylər tələb olunur

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Bu gün regionda yeni imkanlar yaranıb. Regionda yaranan yeni imkanlardan istifadə etmək üçün bizdən ciddi səylər tələb olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

Bildirib ki, Ermənistan hökumətinin regional məsələlərlə bağlı mövqe və təklifləri Gürcüstanın Baş naziri ilə görüşdə qarşı tərəfə təqdim olunub.

“Biz mövcud imkanlara əsaslanaraq bir-birimizə dialoqda kömək etməyə çalışırıq. Hesab edirəm ki, imkanların istifadəsində qarşılıqlı dəstək risk idarəçiliyini daha əlçatan edəcək”, – deyə Paşinyan vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.