DÜNYA


Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib

Bakı, 21 aprel, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyan yüzlərlə sakinin qatıldığı etiraz aksiyasından sonra ölkənin cənubunda yerləşən Zəngəzur vilayətinin Mehri şəhərini tərk edib.

AZƏRTAC xəbər verir ki, yerli informasiya portalları etiraz aksiyasını canlı yayımlayıb.

Nikol Paşinyanın regiona səfərinə etiraz edən aksiya iştirakçıları şəhərin mərkəzinə toplaşıb və yolları bağlayıb. Onlar Baş naziri satqınlıqda təqsirləndirən şüarlar səsləndirib və Azərbaycan qarşısında kapitulyasiyada ittiham ediblər. Etirazçılarla aksiyanın qarşısını almağa çalışan polis arasında toqquşmalar baş verib.

Bundan sonra etirazçılar Nikol Paşinyanı Mehri şəhərinə girməyə qoymayıb. Baş nazir şəhərin küçələrini gəzməyi planlaşdırsa da, aksiya iştirakçıları onun yolunu kəsərək hökumət əleyhinə şüarlar səsləndirib. Bundan sonra Nikol Paşinyan avtomobilinə əyləşərək şəhəri tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Nikol Paşinyana və Ermənistan hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Müxalifət məğlubiyyətin məsuliyyətini Baş nazir Nikol Paşinyanın üzərinə qoymağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.