DÜNYA


Nikol Paşinyan istefa verməsə, Ermənistanda siyasi böhran aradan qalxmayacaq

Tehran, 29 noyabr, AZƏRTAC

Müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyan deyib.

O bildirib ki, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir. Yeni baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır. N.Paşinyan istefa verməsə, Ermənistan siyasi böhrandan çıxa bilməyəcək. Siyasi böhran ölkə dağılanadək davam edəcək.

Qeyd edək ki, “Vətən” partiyasının rəhbəri olan A.Vanesyan noyabrın 29-da Yerevanda kütləvi etiraz aksiyası keçirir. O, tərəfdarları ilə birlikdə N.Paşinyanın istefasını tələb edir. Aksiyaya Qarabağ müharibəsi zamanı ölmüş və itkin düşmüş əsgərlərin valideynləri də qoşulublar. Aksiya iştirakçıları polis zorakılığına məruz qalıblar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.