DÜNYA


Nikol Paşinyan sərhədlərin açılması işlərini Türkiyə ilə koordinasiya etməyi tapşırıb

Bakı, 7 iyul, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan işləri türkiyəli tərəfdaşlarla koordinasiya etməyi və üçüncü ölkə vətəndaşları üçün Türkiyə ilə sərhədin açılmasına dair razılaşmanı həyata keçirməyi tapşırıb.

AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, Nikol Paşinyan bunu hökumətin iyulun 7-də keçirilən iclasında deyib.

“Son görüş zamanı Türkiyə və Ermənistanın xüsusi nümayəndələri üçüncü ölkə vətəndaşları üçün Türkiyə-Ermənistan sərhədinin açılması və birbaşa hava yükdaşımaları barədə razılığa gəliblər. Siyasi razılaşmaların həyata keçirilməsi üçün müvafiq idarələrimizin Ankara ilə koordinasiyalı şəkildə işləməsi vacibdir. İşləri koordinasiya etmək lazımdır ki, razılaşmalar maksimum tez müddətdə reallaşsın”, - deyə Paşinyan bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.