İDMAN
Nikol Zelikman: Milli Gimnastika Arenasında atletlər üçün hər cür şərait yaradılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Milli Gimnastika Arenasında atletlər üçün hər cür şərait yaradılıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə İsrail yığmasının üzvü Nikol Zelikman deyib.
Gimnast bildirib ki, bu, məşq prosesi üçün çox mühüm əhəmiyyət daşıyır. Ötən ilin yanvarında da biz buraya məşqlərə gəlmişdik. İsraildə Bakıdakı kimi baza yoxdur. Bizdə yalnız məşq zalıdır, hər gimnast da öz evində yaşayır. Milli Gimnastika Arenasında isə məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb. Burada toplanışda olarkən biz məşqlərə və istirahətə lazımi vaxt ayıra bilirik.
Valideynlərinin Bakıda doğulduqlarını və şəhərimizə xüsusi hisslərlə bağlı olduğunu deyən N.Zelikman qeyd edib: “Paytaxtınızda keçirilən irimiqyaslı yarışlara mən valideynlərimlə gəlirdim. Onlar Bakının bu dərəcədə dəyişməsindən heyranlıq duyurlar. Valideynlərim deyirlər ki, şəhərin mərkəzini tanımaq mümkün deyil. Əvvəllər burada hər şey tamamilə fərqli idi”.
Qeyd edək ki, toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]