İDMAN


Nikola Yurçeviç: Azarkeşlərdən üzr istəyirik

Bakı, 12 iyun, Nicat Məmmədov, AZƏRTAC

Bu nəticədən sonra nəsə demək çətindir. Amma oyunu qısa da olsa təhlil edəcəyəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu. Əlbəttə, pis nəticədir. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro 2020”nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə uduzduqları görüşdən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Xorvatiyalı mütəxəssis deyib: “Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.