İDMAN


Nikola Yurçeviç: Bu gün futbolçulardan razı qaldım

Bakı, 26 mart, Nicat Məmmədov, AZƏRTAC

Bugünkü oyun olduqca maraqlı idi. Komandam qələbə qazanmaq üçün hər şeyi etdi. Birinci hissədə daha yaxşı oynadıq, qol vurmaq üçün imkanlar yaratdıq. İkinci hissədə bir neçə dəyişiklik etdik və nəticədə oyunun ritmini itirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Litva yığmasına qarşı (0:0) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

“Xorvatiya ilə ağır oyundan sonra bu gün futbolçulardan razı qaldığımı deyə bilərəm. Əvvəlcədən demişdik ki, qələbə qazanmaq istəyirik. Çünki qələbə komandada özünəinamı artıracaqdı. Eyni zamanda, digər futbolçuları da iş başında yoxlamağı düşünürdük və buna nail olduq. Oyun zamanı bəzi futbolçuları isə fərqli mövqelərdə sınadıq. Çalışmalıyıq ki, gələcək oyunlarda şanslarımızdan daha yaxşı istifadə edək. Yenə deyirəm, matça hücumameyilli futbolçularla başladıq, əvəzetmədən də hücumçuları oyuna qoşduq. Məqsədimiz daha yaxşı oynamaq, nəticələr əldə etməkdir. Qarşıda Macarıstan və Slovakiya ilə oyunlarımız var. Əlbəttə, hər iki oyunda qələbə qazanmaq istəyirik”, - deyə xorvatiyalı mütəxəssis söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.