İDMAN


Nikola Yurçeviç: Rəqibimiz layiqli qələbə qazandı

Bakı, 17 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Rəqib komandanı təbrik edirəm. Layiqli qələbə qazandılar. Uels yığması yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündürboylu oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Biz künc zərbələrindən də yararlanmağı bacarmadıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro 2020”nin seçmə mərhələ matçında Bakıda Uelsə uduzduqları (0:2) oyundan sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Əlli üç yaşlı mütəxəssis deyib: “Bizim hücumlarımız çox da kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı, penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, bəlkə də nəsə etmək mümkün idi. Ancaq alınmadı".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.