İDMAN


Nikola Yurçeviç: Sabah layiqli oyun göstərməyə çalışacağıq

Bakı, 12 oktyabr, AZƏRTAC

Sabah hər iki komanda üçün vacib oyun olacaq. Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bu fikri “Avro 2020”nin seçmə mərhələsində Budapeştdə Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oktyabrın 12-də təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, üç əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstan yığmasına böyük hörmətlə yanaşırıq.

Komandanın üzvü Emil Balayev isə deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inam nümayiş etdirirdilər. Düşünürəm ki, sabah da həyəcanlı olmayacağam”.

Oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.