İDMAN


Nikolas Latifi Robert Kubitsanı əvəzləyə bilər

Bakı, 11 may, AZƏRTAC

“Uilyams”ın test pilotu Nikolas Latifi elə bu mövsüm ərzində Robert Kubitsanı əvəzləyə bilər.

AZƏRTAC “Le Journal de Montreal”a istinadla xəbər verir ki, komanda rəhbərliyi dəyişikliklərin tələb olunduğunu düşünür. R.Kubitsanın müqaviləsində qeyd edilib ki, hələ 2019-cu il mövsümü dövründə onu əvəzləyə bilərlər.

Nikolas Latifi 2019-cu ilin mövsümünün əvvəlində “Uilyams”ın test pilotu olub. O, bu mövsümdə DAMS komandasının heyətində Formula 2 seriyasında çıxış edir. Mövsümün ilk dörd yürüşündə iki dəfə qalib gəlib və bir dəfə podiuma qalxıb, yaxın təqibçisi Cek Eytkeni 19 xal qabaqlayıb.

Robert Kubitsa 2019-cu ildə “Uilyams”ın əsas pilotu olub. O, komanda yoldaşı Corc Rassel kimi, mövsüm start götürəndən bəri heç bir xal toplamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.