SİYASƏT


Nikolas Löbel: Almaniya Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 31 oktyabr, Ayla Sadıq, AZƏRTAC

Oktyabrın 31-də ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokrat/Xristian-sosial İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Almaniya münasibətlərinin ölkəmiz üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Azərbaycan Respublikasına səfərini xatırladan Bundestaqın deputatı Nikolas Löbel həmin səfərin iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından faydalı olduğunu bildirib.

Almaniya-Azərbaycan münasibətlərindən bəhs edən Nikolas Löbel deyib ki, Almaniya iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Biz siyasi, iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində, eyni zamanda, cəmiyyətlər arasında münasibətlərin qurulmasında da maraqlıyıq.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Asim Mollazadə və Tahir Mirkişili iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.