SİYASƏT


Nikolay Qolovatıy: Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş böyük liderdir

Kiyev, 13 iyun, AZƏRTAC

Heydər Əliyev Azərbaycan və Ukrayna dostluğunun memarı və qurucusudur. Vaxtilə Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ukraynalı alim, siyasi elmlər doktoru Nikolay Qolovatıy deyib.

Ukraynalı alim bildirib ki, Heydər Əliyevin böyük təcrübəsi və siyasi iradəsi nəticəsində bu gün güclü, müstəqil Azərbaycan dövləti var. Bu gün Azərbaycan dünyada sayılıb-seçilən ölkədir və bu da Heydər Əliyevin sayəsində mümkün olub. Azərbaycanın uğurlu inkişaf yolunun əsasında Heydər Əliyevin uzaqgörən siyasəti durur. Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş böyük şəxsiyyət və liderdir. Müasir dünya diplomatiyası Heydər Əliyevin müdrikliyini, uzaqgörənliyini araşdırmalı və öyrənməlidir.

N.Qolovatıy vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ildən-ilə daha böyük nüfuz qazanır, regionun lider dövlətinə çevrilib.

Emil Hüseynli

AZERTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.