SİYASƏT


Nikoloz Metreveli: Zəngəzur dəhlizi layihəsi bütün region ölkələri üçün faydalı olacaq

Tbilisi, 25 noyabr, AZƏRTAC

Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, digər region ölkələri üçün də faydalı olacaq. Düşünürəm ki, Ermənistanda da bu dəhlizin açılmalı olduğunu çox yaxşı anlayırlar.

AZƏRTAC xəbər verir ki, bunu gürcü politoloq Nikoloz Metreveli “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında söyləyib.

Siyasətçi təəssüf hissi ilə qeyd edib ki, bu gün Ermənistanda Zəngəzur dəhlizinin həyata keçirilməsinə qarşı olanlar və revanşa meyilli qüvvələr var. Ermənistanın baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır. Xalq da onu dəstəkləməlidir.

N.Metreveli Zəngəzur dəhlizinin reallaşmasından sonra Gürcüstan iqtisadiyyatının zəifləyəcəyinə dair fikirləri də əsassız adlandırıb. O deyib: “Bu dəhlizin həyata keçirilməsinin Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır. Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.