SİYASƏT


Niku Popesku: Ötən 30 il ərzində Moldova və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib

Niku Popesku: Ötən 30 il ərzində Moldova və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib

Bakı, 9 fevral, AZƏRTAC

Bu səfər Azərbaycan ilə Moldova arasında münasibətlərimizi gücləndirəcək. Münasibətlərimizin qurulduğu 30 il ərzində Moldova və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Moldovanın bölgədə sülh quruculuğu prosesinə töhfə vermək istədiyini bildirən N.Popesku ölkəsinin buna müsbət yanaşdığını qeyd edib.

Bizim siyasi tərəfdaşlığımız yüksək səviyyədədir. İqtisadi əməkdaşlığı da gücləndirmək niyyətindəyik. Enerji sahəsi bizim əməkdaşlığımızda maraqlı nüansdır”, - deyə o qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.