DÜNYA


Nil çayında qayıq qəzası nəticəsində 22 məktəbli həyatını itirib

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

AZƏRTAC Sudanın SUNA informasiya agentliyinə istinadla xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.

Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.