DÜNYA


“Nissan”, “Mitsubishi Motors” və “Renault” alyansa sadiq olduqlarını təsdiq ediblər

Tokio, 30 noyabr, AZƏRTAC 

“Nissan”, “Mitsubishi Motors” və “Renault” şirkətlərinin yüksək vəzifəli rəhbərləri Karlos Qnonun həbsindən sonra keçirilən ilk danışıqlarda bu avtomobil alyansına sadiq olduqlarını təsdiq ediblər.

AZƏRTAC xəbər verir ki, bu üç avtomobil istehsalı şirkətinin rəhbərləri Amsterdamda ilk videokonfranslarını keçiriblər. Görüşdə “Nissan” şirkətinin prezidenti Hiroto Saykava, “Mitsubishi Motors” şirkətinin baş icraçı direktoru Osamu Masuko və “Renault” şirkətinin baş əməliyyat direktoru Terri Bollore iştirak ediblər. T.Bollere müvəqqəti olaraq baş icraçı direktorun müavininin səlahiyyətlərini həyata keçirir.

Danışıqlardan sonra dərc olunan bəyanatda qeyd edilir ki, bu şirkətlər alyansın birliyinin mühüm əhəmiyyətə malik olduğunu daim vurğulayıb.

Sənəddə, həmçinin deyilir ki, son 20 ildə alyans görünməmiş uğurlar qazanıb və üzv şirkətlər onun birliyinə sadiqdirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.