DÜNYA


“Nissan” avtomobil konserni 20 min əməkdaşını ixtisar edə bilər

Bakı, 22 may, AZƏRTAC

Yaponiyanın “Nissan” avtomobil konserni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlər fonunda gəlirlərinin azalması səbəbindən 20 min əməkdaşını ixtisar etmək imkanlarını nəzərdən keçirir.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ixtisarlar ilk növbədə “Nissan” korporasiyasının Avropa regionunda və inkişaf etməkdə olan dövlətlərdəki əməkdaşlarına təsir edə bilər. Bundan başqa, avtomobil konserni Yaponiya ərazisindəki istehsalatını da yenidən qurmağı planlaşdırır.

Mayın 14-də “Nikkei” qəzeti “Nissan” korporasiyasının Barselonadakı zavodunu bağlamaq niyyətində olduğunu yazıb. Bu müəssisə ildə 200 min avtomobil istehsalı imkanlarına malik olsa da, ötən ilin nəticələrinə əsasən, onun konveyerindən cəmi 55 min maşın çıxıb. Zavodun bağlanması yenidənqurma üzrə plan çərçivəsində nəzərdən keçirilir. Plana əsasən, avtomobil konserni 2022-ci ilə qədər özünün qlobal istehsalat gücünün həcmini 20 faizə qədər azaltmalıdır.

Qeyd edək ki, Yaponiya və Fransanın müştərək “Renault - Nissan - Mitsubishi” alyansı girov müqabilində həbsdən buraxıldıqdan sonra Livana qaçan sabiq rəhbəri Karlos Qonla bağlı maliyyə qalmaqalından sonra dərin böhran vəziyyətinə düşüb. 2019-cu ildə hər üç kompaniyanın avtomobil satışları 10,9 faiz azalaraq 9,34 milyon ədəd təşkil edib. Alyans bu səbəbdən yaxın perspektivdə xərcləri azaltmaq və istehsalat effektivliyini artırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.