DÜNYA


“Nissan” on minlərlə əməkdaşını ixtisara hazırlaşır

Tokio, 24 iyul, AZƏRTAC 

Yaponiyanın “Nissan” avtokonserni qlobal miqyasda on minlərlə əməkdaşını ixtisar etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bu, avtokonsernin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Ötən maliyyə ilində şirkətin əməliyyat gəlirləri 40 faiz azalıb, Avropa və ABŞ-da da satışlar aşağı düşüb. İxtisarlar əsasən, şirkətin xaricdəki zavodlarını əhatə edəcək.

Cari ilin mayında şirkətin 4800 əməkdaşını ixtisar edəcəyi planı barədə məlumat yayılmışdı. Göründüyü kimi, xərcləri azaltmaq və şirkətin vəziyyətini sabitləşdirmək üçün bu rəqəm iki dəfə artırılıb.

NHK telekanalının bildirdiyinə görə, eyni zamanda, istehsal xətlərinin ixtisarının aparılması da planlaşdırılır.

“Nissan”ın direktorlar şurasının sabiq sədri Karlos Qonun həbsindən sonra avtokonsern daxili strukturu yeniləməyə, fəlaiyyətin şəffaflaşdırılmasına və səmərəliliyin artırılmasına çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.