DÜNYA


“Nissan” şirkəti direktorlar şurasının yeni sədrinin təyinatını təxirə salıb

Tokio, 14 dekabr, AZƏRTAC 

Yaponiyanın “Nissan” şirkətinin direktorlar şurası həbs edilmiş Karlos Qonun yerinə yeni sədrin təyin edilməsinin təxirə salınması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 14-də Kyodo agentliyi məlumat yayıb.

Xatırladaq ki, “Nissan” şirkəti yeni sədrin dekabrın 17-də təyin ediləcəyi barədə məlumat yaymışdı. Həmin qərarın qəbul edilməsi səbəbləri, həmçinin şirkətin direktorlar şurasının yeni sədrinin təyin ediləcəyi vaxt barədə məlumat verilmir. Bu ərəfədə yapon şirkətinin həbs edilən Karlos Qonun yerinə alyansın digər üzvü Fransanın “Renault” şirkəti tərəfindən təklif edilən namizədlər sırasından seçilməsi barədə təklifi qəbul etmədiyi bildirilir.

Dekabrın 10-da K.Qona və direktorlar şurasının üzvü Qreq Kelliyə qarşı 2010-2015-ci illərdə əldə olunan mənfəəti gizlətmələri ilə əlaqədar Yaponiya maliyyə qanunvericiliyinə əsasən rəsmi ittiham irəli sürülüb. İstintaqın məlumatına əsasən, K.Qon həmin dövrdə “Nissan” şirkətinin rəhbəri olaraq aldığı mükafatların təqribən 10 milyard yen (təqribən 89 milyon dollar) məbləğində hissəsini bəyan etməyib. Bundan əlavə, Tokio prokurorluğu 2015-2017-ci illərdə K.Qonun 4,2 milyard yen (37 milyon dollar) məbləğində mükafatlandırılmasının gizlədilməsi ilə əlaqədar onların həbsini dekabrın 20-dək uzadıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.