DÜNYA


“Nissan” şirkəti qarşıdakı beş ildə elektromobillərin və təmiz texnologiyaların istehsalına 2 trilyon yen yönəldəcək

Tokio, 29 noyabr, AZƏRTAC

Yaponiyanın “Nissan Motor” avtokonserni qarşıdakı on ildə elektromobillərin və təmiz texnologiyaların istehsalı üçün böyük məbləğdə investisiyaları nəzərdə tutan “Nissan Ambition 2030” inkişaf strategiyasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin noyabrın 29-da yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, şirkət qarşıdakı beş ildə 15 elektromobil və səkkiz hibrid daxil olmaqla 23 yeni modelin genişləndirilmiş xəttini yaratmaq üçün müxtəlif texniki innovasiyaların tətbiqinə 2 trilyon yen (17,6 milyard dollar) yönəldəcək. Bundan əlavə, şirkət 2028-ci ildə litium-ion akumlyatorlarından üstün akkumulyatorlarla təchiz edilmiş yeni avtomobilləri də bazara çıxarmağı planlaşdırır.

Yeni strategiyanın yapon şirkətinə 2026-cı ildə elektromobillərin və hibrid avtomobillərin aparıcı dünya bazarlarında satışını artırmağa şərait yaradacağı gözlənilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.