ELM VƏ TƏHSİL


Nitqin tanınması sistemləri insan resurslarında geniş istifadə olunacaq

Bakı, 28 yanvar, AZƏRTAC

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri süni intellektin əsas elementlərindən biri olan nitqin tanınması (insan nitqinin mətnə çevrilməsi və emalı) sistemlərinin yaradılması sahəsində aparılan tədqiqat işləri nəticəsində rəqabətədavamlı tətbiqi sistemlərin yaradılmasına nail olublar. Yaradılan sistem insan resurslarında geniş istifadə oluna biləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nitqin tanınması insan danışığının avtomatik olaraq kompüter proqramları vasitəsilə mətnə çevrilməsi və analizidir. Süni intellekt texnologiyaları və metodlarına əsaslanan sistemlər insan intellektinin müxtəlif funksiyalarının reallaşdırılmasına, praktiki əhəmiyyətli çətin formalizə olunan mürəkkəb məsələlərin kompüter sistemlərində həllinə imkan yaradaraq ciddi iqtisadi səmərəliliyin əldə edilməsinə səbəb olur və tətbiq dairəsini artırır. Təbii dillərin emalı süni intellektin tətbiqi istiqamətinin bir qoludur və hər hansı bir təbii dilin kompüter vasitəsilə analizi və sintezini öyrənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.