İDMAN


Niyaməddin Paşayev: Azərbaycan taekvondoçuları “Buenos-Ayres-2018”dən Vətənə qələbə ilə qayıdacaqlar

Bakı, 2 oktyabr, AZƏRTAC

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək hər iki taekvondoçumuzun medal qazanacağına inanırıq. Onların indiyədək yarışlarda əldə etdikləri nəticələr, qazandıqları nailiyyətlər bu nüfuzlu yarışlarda da qələbə qazanacaqlarına əminlik yaradır.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayev deyib.

Vitse-prezident yeniyetmə atletlərimiz Minayə Əkbərova (44 kq) və Cavad Ağayevin (63 kq) olimpiadaya hazırlığının yüksək səviyyədə keçdiyini və taekvondoçuların zədəsiz olduqlarını da vurğulayıb. “Əminik ki, Azərbaycan taekvondoçuları “Buenos-Ayres-2018”dən Vətənə qələbə ilə qayıdacaqlar”, - deyə dünya çempionu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.