MƏDƏNİYYƏT


Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Bakı, 20 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi Fatimə Hüseynova “ART Planet” VIII Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla çıxış edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Fatimə Hüseynova Qara Qarayevin “Fikirli” əsərini məharətlə ifa edib. Münsiflər heyətinin qərarı ilə o, birinci yerə layiq görülüb.

İstedadlı şagirdin müəllimi Ləman Əhədova isə təşəkkürnamə məktubu alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.