MƏDƏNİYYƏT


Niyazinin mənzil - muzeyində Xalq artisti Eldar İsgəndərovla görüş keçirilib

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Niyazinin mənzil - muzeyində violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, R. Babayev adına 25 nömrəli musiqi məktəbinin direktoru Əmirhüseyn Hüseynov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, Əməkdar incəsənət xadimi Elnara Dadaşova, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, skripka ifaçısı Leonid Barştak və muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbir çərçivəsində E. İsgəndərov klub üzvlərinin suallarını cavablandırıb, yaradıcılıq planları haqqında məlumat verib.

Tədbir R. Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri, o cümlədən məktəbin kamera ansamblı, violonçel ansamblı və kiçik simfonik orkestri tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.