MƏDƏNİYYƏT
Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazinin xatirəsinə həsr edilən tədbir keçiriləcək.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbirdə Niyazinin həyat və yaradıcılığı haqqında çıxışlar dinləniləcək, tanınmış insanlar maestro ilə bağlı xatirələrini bölüşəcək, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən videofraqmentlər nümayiş etdiriləcək. Həmçinin avqustun 20-si muzeydə “Açıq qapı” günü olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]