MƏDƏNİYYƏT


Niyazinin mənzil–muzeyində “Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” adlı tədbir keçirilib

Bakı,3 oktyabr, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sənətkarın həyat və yaradıcılığından söz açıb, onun xidmətləri haqqında məlumat verib.

Tədbir çərçivəsində muzeyin elmi işçisi Əzirə Abdullayevanın “Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” mövzusunda məruzəsi dinlənilib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Tədbirdə Əşrəf Həsənovun dirijorluq etdiyi operadan videoçarx nümayiş edilib, Bakı Musiqi Akademiyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbə və şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.