MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində Məmmədağa Umudovun 70 illiyi qeyd edilib

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 70 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış edərək bəstəkarın yaradıcılıq yolu haqqında məlumat veriblər.

Tədbirdə Xalq artistləri Tofiq Bakıxanov, Ramiz Quliyev, Azər Dadaşov, professor Arif Əsədullayev, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev yubilyarı təbrik edərək yaradıcılığından söhbət açıblar.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Sonda Məmmədağa Umudov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və Niyazinin mənzil-muzeyinə yeni nəşrlərini hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.