MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində Xalq artisti Eldar İsgəndərovun yaradıcılığından danışılacaq

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 5-də Niyazinin mənzil-muzeyində violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçiriləcək.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbi ilə birgə təşkil edilir.

Tədbirdə E.İsgəndərovun həyat və yaradıcılıq yolundan söhbət açılacaq, musiqi məktəbinin şagirdləri tərəfindən konsert proqramı təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.