MƏDƏNİYYƏT
Niyazinin mənzil-muzeyində bayram konserti
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Niyazinin mənzil-muzeyində maestronun adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdən öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçıları bayram münasibətilə təbrik edib.
Novruz bayramına həsr olunmuş “Bir bahar ovqatı” adlı konsert Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Konsertdə şagirdlər tərəfindən bir-birindən parlaq ifalar – bəstəkar və xalq mahnıları səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]