MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində növbəti konsert - “Məhəbbətlə doğulmuşam”

Bakı, 30 iyun, AZƏRTAC

İyulun 4-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində “Məhəbbətlə doğulmuşam” adlı konsert proqramı təqdim olunacaq. Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Rza Bayramov məlumat verib.

“Konsertdə London Musiqi Akademiyasının solisti, respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və musiqişünas, vokalçı Sevinc İbrahimovanın ifalarında görkəmli bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, beynəlxalq müsabiqə laureatı Xədicə Zeynalovanın vətənpərvərlik mövzusunda əsərləri səsləndiriləcək”, - deyə Rza Bayramov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.