MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyinin 25 illiyi qeyd olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Niyazinin mənzil – muzeyinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışı zamanı söylədiyi nitqinin videoyazısı ilə başlayıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək muzey haqqında məlumat verib, görülən işlərdən danışıb, gələcək planlara toxunub.

Mədəniyyət Naziriliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Niyazinin mənzil - muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbirin əhəmiyyətindən söz açıb, muzeyin 25 illik fəaliyyəti haqqında geniş bəhs ediblər.

Sonra Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Arifə Zülfüqarova muzeyin rəhbərliyi və əməkdaşlarına fəxri fərman və pul mükafatları təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.