SİYASƏT


Nizami Cəfərov: Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq

Bakı, 9 iyun, AZƏRTAC

Türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə, bu Zəfər bütün türk dünyasının zəfəridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov iyunun 9-da keçirilən beynəlxalq simpoziumda deyib.

Mərkəzin direktoru bildirib ki, zaman bizim xeyrimizə işləyir. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

O qeyd edib ki, simpoziumun Mustafa Kamal Atatürkün irsinin öyrənilməsi məqsədilə yaradılan mərkəzdə keçirilməsi təsadüfi deyil. Məqsəd bu irsin öyrənilməsini davam etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.