Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nizami Gəncəvi Avropa Şurasında

Nizami Gəncəvi Avropa Şurasında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi haqqında Sərəncamı dahi şairin istər ölkəmizdə, istərsə də xaricdə təbliği və tədqiqi işinin yeni mərhələyə yüksəlməsinə güclü təkan verib. Bu günlərdə “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq miqyasda daha bir təşəbbüs gerçəkləşib. Fransanın Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının binasında Nizami Gəncəviyə həsr edilmiş yeni sərgi açılıb. Azərbaycan Milli Məclisinin deputatı, Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov həmin sərgi və “Nizami Gəncəvi İli” barədə düşüncələrini əks etdirən məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.

* * *

Dahi Nizami Gəncəvinin hələ XII əsrdə uzaqlara baxan gözləri özünün, əsərlərinin sabahkı taleyini də görürdü və dərin təvazö hissi ilə yaşayacağı gələcəyin müddətini hələ vur-tut yüz il götürürdü:

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: “Burda, burdadır!”

Nizaminin yaşadığı çağlardan doqquz yüz ilə yaxın müddət keçib. Lakin o yenə buradadır, bizimlədir, həmvətənləri ilədir və artıq həm də dünyanın dörd bucağındadır.

Bu gün də zamanlara sığmayan zəkasının, ilhamının, doğurduğu misilsiz irsin sayəsində Azərbaycana xidmətini davam etdirir, xalqımıza şöhrət, başucalığı, qürur gətirməkdədir.

Azərbaycan da, xalqımız da Nizami ilə daha böyük, daha əzəmətli, daha parlaq görünür.

Ona görə də tarixboyu millətimizə və yurdumuza ucalıq, şan-şərəf gətirən Nizami kimi dəyərlərə qarşı da xəbis həmlələr olub, o cür riyakarlıqlar bu gün də davam edir və məqsəd də Azərbaycanı daha qüdrətli edən keyfiyyətləri və məziyyətləri, sərvətləri və üstünlükləri bizdən aralamaq, gur işığını solğunlaşdırmağa nail olmaqdır.

Damarlarında irin axan düşmənlərin və düşmən xislətlilərin belə rəzalətləri daim olub, yenə də olacaq və biz də mübarizələrimizdə həmişə ardıcıl, mətin olmalıyıq!

Nizami 3 dildə – ana dilində, farsca və ərəbcə yazıb-yaradıb. Ancaq, ilk növbədə, özünün “Xəmsə”də bildirdiyinə və digər orta çağ məxəzlərinin təsdiqləməsincə, azı 6 dil bilirdi, məsnəvilərini yazmağa hazırlaşarkən həmin dillərdə mənbələrdən çoxlu əsərlər oxumuşdu.

İndi – XXI yüzildə isə Nizaminin danışdığı dillərin sayı-hesabı itib və millətin fəxri olan bu nadir azərbaycanlı həm də dünyanın ən bənzərsiz və şəriksiz poliqlotlarından birinə çevrilib.

İndi Nizaminin solmaz misralarının tərcümə edildiyi Şərq və Qərb dillərinin sayı yüzə çatmaqdadır.

Zəmanəmizin qəhrəmanı Nizami Gəncəvi bu gün abidəyə çevrilərək dünyanın neçə böyük şəhərində ucalmaqdadır.

1991-ci ildə Nizami Gəncəvi Moskvada abidələşdi, 2002-ci ildə Sankt-Peterburqda şairin daha bir abidəsi ucaldı, 2005-ci ildə Moldovada – Kişineuda, 2012-ci il aprelin 20-də İtaliyada – Romada, həmin il dekabrın 6-da Çində – Pekində Nizaminin heykəli açıldı. 2014-cü ildə Nizami abidəyə çevrilərək əsrlərcə sevildiyi Özbəkistana – Daşkəndə gəldi və daha haralarda, haralarda Nizami abidələri sıralanır, hələ nə qədər yeniləri də bu silsiləyə qoşulacaq.

Əsərləri öz yerində, elə insanların gözü qarşısında olan abidələri ilə də Nizami dünyaboyu qarşısında dayanan, önündən keçən insanlara “Mən azərbaycanlıyam!”, “Mən bu cür ölməzlər yetirə bilən böyük xalqın övladıyam!”, “XII əsrli ola-ola mən sizinləyəm!”, “BURDAYAM!” deyir!

Bu, hər bir sadə soydaşımızın, ruhu, qəlbi, əqidəsi, qanı saf azərbaycanlının iftixar etməli, öyünməli olduğu hadisə deyilmi?!

1141-ci ildə doğulmuş, gerçək vəfat tarixi bəlli olsa da, heç vaxt ölməyəcək Nizami Gəncəvinin 2021-ci ildə 880 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il, sadəcə, Nizaminin yuvarlaq ildönümünü keçirmək deyil, bütün 2021-ci ili əvvəldən sonadək “Nizami Gəncəvi İli” kimi bayram etmək qərara alınıb.

Bu Sərəncamda bir tərəfdən Nizami Gəncəviyə millətin və dövlətin sayğısı və sevgisi ifadə olunursa, digər tərəfdən bu mühüm həqiqətə birbaşa işarə edilir ki, Nizami Gəncəvi bizim üçün, sadəcə, yubileyi keçirilən bir şair deyil.

Nizami Gəncəvi bizim üçün dəyərlər məcmusudur. Nizami Gəncəvi bizim üçün zəngin mədəniyyətimizin rəmzidir. Nizami Gəncəvi bizim üçün ifadə etmiş olduğu və bu gün də köhnəlməyən düşüncələri ilə Azərbaycan xalqının ümumbəşəri ideallara sədaqətinin aynasıdır.

Və öz ilinin ¬– 880 yaşının tamamlandığı 2021-ci ilin lap əvvəlindən dünya boyunca Nizami Gəncəvi ilə əlaqədar sıra-sıra tədbirlər keçirilir, konfranslar təşkil olunur, yeni nəşrlər araya-ərsəyə gətirilir.

Və 2021-ci il sentyabrın son günlərində Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda, Avropa Evində – AŞPA-nın mənzil-qərargahında təşkil etdiyi və iki həftə nümayiş etdiriləcək sərgi də dünya miqyasında builki Nizami qeydetmələrinin ən əlamətdarlarından sayılmağa layiqdir.

COVID-19 pandemiyası dönəminin şərtləri nəzərə alınaraq nə binasının qarşısında, nə də Avropa Şurası iqamətgahının daxilində əvvəllər olduğu kimi kütləvi tədbirlər keçirilməyə icazə verilir. Hətta plenar iclasların keçirildiyi zalda belə deputatlar ənənəvi yerlərində deyillər: səhər toplantılarında bir masada əyləşirsən, günortadan sonra yeni siyahı çıxır və artıq başqa yerdə oturursan.

Bu qədər məhdudiyyətlərə baxmayaraq, Strasburqdakı diplomatlarımız belə mötəbər məkanda Nizami sərgisini təşkil etməyi bacarıb.

Elə binaya daxil olunca – birinci qatda, ən gözəgəlimli yerdə Nizaminin büstü, ətrafında çevrə boyunca onun məsnəvilərinə rəsm edilmiş nəfis miniatürlərin böyüdülmüş, görənə gendən gəl-gəl deyən surətləri, qarşı tərəfdə isə Nizami ilə bağlı ingilis və fransız dillərində kitablar, bukletlər, albomlar.

Sessiyanın başlandığı ilk səhərdən artıq bu sərgi avropalı deputatların ixtiyarında idi.

Hər kəs baxa, tanış ola, məhz onlara paylanmaq üçün düzülmüş kitablardan götürə bilərdi.

Və gəlirdilər də (gəlirlər də), baxırdılar da (baxırlar da), götürürdülər də (götürürlər də) və Avropa Şurasında çalışan, müxtəlif ölkələrdən olan yüzlərcə əməkdaş, bu binaya hələ qarşıdakı həftələrdə gələcək qonaqlar da Nizami sərgisini seyr edə, azaldıqca yeniləri əlavə edilən hədiyyəlik kitablardan pay götürə biləcəklər.

Elə bilirsiniz Nizami Gəncəvinin, deməli, Azərbaycanın, dövlətimizin, xalqımızın təbliğinin, özünüifadəsinin bariz nümunəsi olan belə bir sərgini Avropa Şurasının mənzil-qərargahında təşkil etmək, iki həftə davam edəcək bu nümayiş üçün icazə almaq asan məsələdir?

Axı bura Fransadır, axı bura, elə Strasburqun özü də erməni lobbisinin mərdimazar uzun əllərinin hər istiqamətə işlədiyi yerdir.

Bu sərginin təşkili ilə bağlı müraciət ediləndə “Pandemiyadır, ehtiyac varmı?” deyə ən münasib bəhanəni də gətirərək rədd cavabı verə bilərdilər.

Ancaq Avropa Şurası yanındakı səfirimiz, daimi nümayəndəliyimizin əməkdaşları bütün güclərini səfərbər ediblər və tarixi əhəmiyyəti olan bu cür diqqətəlayiq Nizami sərgisinin təşkilinə nail olublar.

Sərgi elə yerdədir ki, gün ərzində deputatların hər biri istər-istəməz onun yanından keçir, ekspozisiyadakı əlvan miniatürlər hökmən diqqəti çəkir, bunlar öz yerində.

Lakin bizim hər birimiz – Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri də komitə iclaslarında, partiya qruplarının toplantılarında həmkarlarımıza Nizamidən söz açırdıq, sərgidən bəhs edirdik və iki-iki, üç-üç gəlirdilər, baxırdılar. Növbəti gün yenilərini dəvət edirdik, o biri gün daha başqalarını.

Digər deputatlarımız öz yerində, elə öz payıma, mən üzvü olduğum Mədəniyyət, elm, təhsil və media komitəsindən, Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupundan bu günlər ərzində həmin minvalla 50-60 deputatla sərgiyə yaxınlaşmışıq, fikir bölüşmüşük.

Bəxtimdən orada sıralanmış və Heydər Əliyev Fondunun yüksək zövqlə tərtib və nəşr etdirdiyi müxtəlif dillərdəki kitabların əksərində mənim şair haqqında məqaləm, ön sözüm verilib. Bir çox nəşrləri ilk dəfə görürdüm və sevinirdim, onları avropalı deputatlara həm də avtoqraf yazaraq hədiyyə edirdim.

Lakin daimi nümayəndəlik bu sərgi ilə işini tamamlamaq niyyətində deyil. Avropa Şurasının mənzil-qərargahında Nizami ilə bağlı daha vacib başqa gözləntiləri də var ki, arzulayıram, onlar da gerçəkləşsin və sevincini birgə bölüşək (təfərrüatlarını hələ gerçəkləşməmişdən qarşısına əngəllər çıxarılmasın deyə iş baş tutandan sonra yazacağam).

Strasburq Universitetində bir neçə il öncə mən bir konfrans keçirmiş, Nizami ilə bağlı əhatəli məruzə etmişdim.

Daimi nümayəndəlik Strasburq Universitetində də Avropa Şurasında qurduğu sərgini təkrarlamaq fikrindədir və bununla bağlı da əməkdaşlar çalışmaqdadırlar.

Hələ ki, Azərbaycanın hər bir uğuruna qısqanaraq diş qıcadan, bu nailiyyətləri qaralamağa, gözdən salmağa çalışan ermənilərin Strasburqda, Avropa Şurasında Nizami sərgisi ilə əlaqədar nəsə yazdığını görməmişəm. Amma mütləq yazacaqlar. Azərbaycan üçün müvəffəqiyyət sayılan hər addımın düşməni və düşmən xislətliləri yandırıb-tökməsi, qeyzləndirməsi, yüz cür murdar həmlələrə əl atması təzə söhbət deyil ki!

Yazacaqlar, dodaq büzəcəklər, çirkablı daxillərinin hisini-pasını tökəcəklər, biz daha bir yaxşı işimizi başlayacağıq, millətə, Vətənə, dövlətə xeyir olan daha bir addımımızı atacağıq.

Ağcaqanad səni sancmağa cəhd edirsə, onunla ağız-ağıza verməməlisən ki!

Belə ikrah doğuran ağcaqanadlara qapazı tarix, vaxt özü vurur.

Bizim qapazımızsa yeni-yeni nəcib, milləti, dövləti, yurdu daha möhtəşəm təqdim edən əməllərimiz olmalıdır.

Axı, biz bu gün bütün başqa məziyyətlərimizdən savayı həm də QALİB XALQIQ, MÜZƏFFƏR AZƏRBAYCANIQ!

Nizami Gəncəvi 880 yaşının tamamında Avropa Şurasına, Strasburqa gəldi və buradakı cazibədar Nizami sərgisi yada bir başqa hadisəni və həmin qəlbsevindirən hadisəyə varlığından irin axan bir erməninin tarixin dünənində qalan rəzil münasibətini yada salır.

1941-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi Azərbaycanda, eyni zamanda, ovaxtkı Sovet İttifaqının neçə şəhərində təntənə ilə davam etməli imiş.

Lakin SSRİ-nin də qatıldığı İkinci Dünya müharibəsi bu mərasimlərin həyata keçirilməsinin qarşısını alır və yubiley mərasimlərini qələbəyə ümid bəsləyərək daha sonrakı xoş zamanlara saxlamağı qət edirlər.

Leninqrad (indi Sankt-Peterburq) 1941-ci il sentyabrın 8-dən blokadada idi və həmin çıxılmaz mühasirə düz 872 gün davam edir və 1944-cü ilin 27 yanvarında bitir.

Ancaq 1941-ci ilin 19 oktyabrında hələ heç kəs bilmirdi bu ölüm-dirim savaşı bitəcəkmi, blokada qırılacaqmı, xilas ola biləcəklərmi?

Fəqət məhz həmin gün küçədə mərmi atəşlərinin gurladığı, insanların aclıqdan gündən-günə taqətsizləşdiyi, heydən düşdüyü bir əsnada Leninqradda – Ermitajın alt qatındakı “Məktəblilər zalı”nda mütəfəkkir Nizaminin 800 illiyinə həsr edilmiş mərasim keçirilmişdi, şairin yubileyi münasibətilə yaxşı sərgi hazırlanmışdı, mötəbər alimlərin sanballı elmi məruzələri dinlənilmişdi, Nizami “Xəmsə”si və “Divan”ından seçmələr oxunmuşdu.

Həyat və ölüm sərhədində dayanmış insanların doğurduğu bu möcüzəli Nizami yubileyi həmişə minnətdarlıqla, riqqətlə anılmalı ciddi və ibrətli mədəniyyət və siyasət hadisəsidir.

Elə ertəsi gün SSRİ-nin bir nömrəli qəzeti “Pravda” blokadalı Leninqradda baş tutmuş həmin Nizami mərasimi haqqında həyəcan və qürur dolu sətirlərlə müşayiət edilən xəbər yaymışdı.

…1989-cu ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin 50 illiyi keçirilirdi.

1939-cu ildə, elə Nizaminin 800 illiyinə Azərbaycanın sovqatı kimi yaranması qət edilmiş və şairin adını daşıyacaq muzeyin ilk direktoru olmuş, həmin 50 illik bayramımıza qatılmış qocaman sənətkarımız, Xalq rəssamı Salam Salamzadə mənə bir əhvalat söylədi.

Dedi ki, ömrüm boyu çox idarələrə rəhbərlik etmişəm və yalnız bir adamı işdən çıxarmışam.

Əlavə etdi ki, o vaxt muzey hələ qurulurdu, işçilərimizin sayı az idi, əsasən texniki heyət, bir də kiçik dəstə alim, tədqiqatçı və rəssamlar. “Pravda”da blokada əzabı çəkən Leninqradda Nizami yubileyinin keçirilməsi xəbərini oxumuş və qarovulçu işləyən bir erməni əməkdaşımız guya canıyananlıqla mənə dedi ki, görürsünüz də, vəziyyət elədir ki, siz burada yubileyi keçirməyə çətinlik çəkirsiniz, amma onlar o vurhavurda guya yubiley keçiriblər. Yəqin, məqsədləri həmin yubileyi bəhanə edib nəsə əlavə pay, artıq ərzaq-filan almaq imiş.

Həmin əhvalatdan onillər keçəndən sonra da belə müqəddəs işə nadürüstcəsinə yanaşan cılız adamcığa qəzəbi soyumamış rəhmətlik Salam müəllim deyirdi ki, ən gözəl olana da bədxahcasına baxaraq bir eyib görməyə çalışan o erməniyə iyrənə-iyrənə baxdım. Dövr elə dövr idi ki, artıq söz demək də çətin idi, dərhal birinin üstünə beşini qoyub lazımi yerə ötürürdülər. Sadəcə, cavab verdim ki, niyə elə deyirsiniz, bəs oxumadınız orada iştirak edənlərin neçəsi elə hərbi xidmətdə olanlardır, tədbir bitən kimi yenə cəbhəyə qayıdıblar. Bu, insanların dəyanətini, ən çətin vaxtda da ruhdan düşmədiyini, mübarizliyini göstərir.

Salam Salamzadə xatırlayırdı ki, müharibə dövründə 5-10 dəqiqə yubanmaq üstündə adamı işdən çıxarmaq adi məsələ olmuşdu, hətta buna görə həbs edilənlərə rast gəlinirdi. Bir müddət sonra elə həmin əqrəb xislətli erməni işə yarım saat gecikmişdi. Girəvə idi, əmrini verdim, getdi. Sonralar əsli-köküylə maraqlandım. Danışdılar ki, onun əmiləri 1918-ci ildə Bakıda azərbaycanlılara qarşı qırğınlarda ən qəddarlardan imişlər…

…2021-ci il sentyabrın son günlərində millətimizin dahi övladı Nizami Gəncəvi Strasburqa, Avropa Evinə, Avropa Şurası Parlament Assambleyasının mənzil-qərargahına gəlib.

Hər gün yanından keçdiyimiz heykəli salamlayır bizi, aralanıb gendən baxıram, ara-sıra ayrı-ayrı avropalı deputatlar yaxınlaşırlar, ayaq saxlayırlar, seyr edirlər, kitabları vərəqləyirlər, bəyəndiklərindən götürürlər, özləri ilə Nizaminin işığından zərrə də olsa alaraq aralanırlar.

Ürəyimdən keçir ki, bir qeyrətli azərbaycanlı jurnalist olaydı, bir bloger tapılaydı, vaxtını sərf edib aralıdan bütün gün ərzində həmin Nizami sərgisi olan guşəni izləyəydi, ermənilərdən ora yaxınlaşan olanda baxaydı ki, reaksiyaları necədir, nə etdilər, şəkillərini çəkəydi, yayaydı, şərh edəydi…

Şübhə etmirəm, ermənilər Avropa Şurasındakı Nizami sərgisi ilə bağlı nəsə məkrli sözlər yazacaqlar, düşmən gözü çıxardan bu təşəbbüsün üzərinə kölgə salmağa çalışacaqlar. Çünki Nizami kimi nəhəngin Avropa Şurasına ikihəftəlik belə könül fərəhləndirən gəlişi düşmənin xəbis qəlbini sancıyla doldurmaya bilməz! Olsun, yel qayadan nə aparar?! Nizami Gəncəvinin kölgəsini qılınclamağa qımıldanan hər həşəratı Allah qəhr etsin!

Uca Nizami isə elə həmin Nizamidir!

Səkkiz əsr öncəki əzəməti ilə dikələn müdrik!

Səkkiz əsr əvvəl yazdıqları bu gün, XXI yüzildə elə bu Avropa Şurasının dedikləri ilə üst-üstə düşən misilsiz Sabah Görücüsü Nizami!

Avropa Şurasına gəlişin mübarək, dünya boyu davam edəcək yeni səfərlərin və fəthlərin uğurlu olsun, böyük Ustad!

Sən elə əvvəldən belə oldun və nəsihət verdin, vəsiyyət etdin ki:

Çalış öz xalqının işinə yara,

Dünya əməlinlə geysin zər-xara!

Lap başlanğıcdan, ilk növbədə öz xalqına, sonra isə bütün dünyaya üz tutdun. Məşhur, solmaz sözlərinin gerçəyini isə bu gün ən əvvəl özün isbat edirsən.

Həm xalqının işinə yarayırsan, həm doğma yurduna şərəf gətirirsən, həm də işığından insanlıq, dünya nurlanır!

Diri adına və pak ruhuna salam olsun!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib