Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edib YENİLƏNİB VİDEO

Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumu açılış mərasimindən sonra günün ikinci yarısında “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel iclasla davam edib.

AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayevanın moderatorluğu ilə keçən iclasda Fransanın "Musuomans en Franse" jurnalının baş redaktoru Jan Mişel Brunun “Nizaminin fransız maarifçilik fəlsəfəsinə təsiri” adlı məruzəsi dinlənilib. Natiq bildirdi ki, Nizami xalq konsepsiyasına dərindən bələd olan mütəfəkkir kimi sonrakı dövrlərdə bir çox dövlətlərin siyasi və mədəni baxışlarına təsir göstərib. Nizami barış və istiqlal tərəfdarı idi: “Biz Nizaminin “Xəmsə”sində bu çağırışları açıq-aydın görürük. Yalnız azad insanlar Nizami əsərlərindən ilham ala bilərlər. Biz təminatlı və intizamlı cəmiyyət yaratmaqla Nizami ideyalarına əməl etmiş olarıq. Bunun üçünsə Nizaminin təbliğ etdiyi kimi elm yeganə çıxış yoludur”.

Rusiya Milli Kitabxanası Əlyazmalar departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva “Xəmsə”nin Buxara nüsxəsi” mövzusunda məruzə edib. Bildirib ki, Nizaminin 880 illiyi ilə əlaqədar kitabxanada şairin irsinə həsr edilmiş “Sözün sehrbazı” adlı bölmə fəaliyyətə başlayıb. Məruzəçi, həmçinin Rusiya Milli Kitabxanasında qorunan 1656-cı ilə aid Buxara əlyazması olan “Xəmsə”nin özəlliklərindən, kitabda yer alan miniatürlərdən də söz açıb.

Ərzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım “Nizami Gəncəvi və “İskəndərnamə”, Kırıkkale Universitetinin professoru Adnan Kara İsmayıloğlu isə “Nizami Gəncəvinin kimliyi və Şərqin ədəbiyyat tarixi üzərində arqumentləri” mövzularında çıxış ediblər. Qeyd olunub ki, tarix türk millətinin elə bəşəri sərvətlərini öz səhifələrində əbədiləşdirib ki, onlar öz həyatları, duruşları, fikirləri, danışıqları, əsərləri ilə dünya fırlandıqca bizə yolumuzu, istiqamətimizi göstərməkdə davam edir. Bundan əlavə, onlar itirilmiş insanlığa, səmimi olaraq həqiqəti axtaranlara bələdçi olmağa davam edəcəklər. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır.

Məruzələrdən sonra mövzular ətrafında diskussiyalar aparılıb.

Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri

Günün ikinci panel iclas “Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusunda İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sininin moderatorluğu ilə keçirilib.

İlk olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı, Praktiki Ali Araşdırmalar Məktəbinin (EPHE) doktoru, mətnlər və müasir ideologiyalar tarixi üzrə mütəxəssis Kərim İfrakın çıxış edib. O, “Dünya ədəbiyyatında Nizami təsiri” mövzusunda məruzəsində Nizaminin Avropa mədəniyyətinə təsirindən söz açıb. Nizaminin zəngin yaradıcılığı Çoser, Şekspir, Dante, Bokkaçço, Şiller, Höte, Balzak, M.Tven, Volter və başqa dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun "Leyli və Məcnun" poemasına 500-dən çox nəzirə yazılıb.

Avropa xalqlarının ədəbiyyatlarında da Nizami Gəncəvinin yaradıcılığı ilə səsləşən və "Xəmsə"nin təsiri ilə əsərlər yazılıb.

Bokkaççonun "Ameto" povesti, K.Qozzinin "Yarı ciddi, yarı zarafat" ("Turandot") nağıl tamaşası, Y.Hammerin "Şirin" poeması, Volterin "Zadiq, yaxud tale" povesti, M.Tvenin "Tom Soyyer xaricdə" romanında və başqa əsərlərdə, eyni zamanda, Şillerin "Turandot" pyesində Nizami Gəncəvinin təkcə "Yeddi gözəl" poemasının süjet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir. Hötenin "Qərb-Şərq Divanı"nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunmuş və öz həqiqi qiymətini almışdır.

Bəstəkarlardan K.Beber, F.Buzoni, C.Puççini Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında musiqi əsərləri bəstələmişlər.

Volterin 1746-cı ildə yazmış olduğu fantastik və macəra süjetləri ilə zəngin "Zadiq, yaxud tale" əsərinə həmin kitabın təsirini 1931-1959-cu illər arasında Böyük Britaniya Parlamentinin üzvü olmuş ingilis tədqiqatçısı M.P.Konant belə göstərmişdi: "Onların (Sərəndipin üç gənc oğlunun - M.İ.) Bəhram şahın ölkəsindəki ilk macərasını Volterin "Zadiq"də təqlid etdiyi həqiqətə uyğundur".

XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə "Məcnun və Leylinin məhəbbəti" mənzum poemasını qələmə almış və bu əsər əsasında İsaak Brandon "Qeys, yaxud səhrada məhəbbət" adlı opera bəstələmişdi. Məruzəçi dünya ədəbiyyatında Nizamidən təsirlənən çoxsaylı nümunələri panel iştirakçılarının diqqətinə təqdim etdi.

Pakistan Milli Akademiyasının Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavaha mədəni müxtəlifliyi bir araya gətirən Forum təşkilatçılarına minnətdarlığını ifadə edib. Diqqətə çatdırıb ki, Rumi və Nizami yaradıcılığı ölkəsində ən çox müraciət edilən mövzudur. İrland işğalına qədər Pakistanda fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq qavranılıb. Biz istərdik ki, müasir gənclik də Nizami ideyalarını öyrənsin və gələcəyə ötürsün.

Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozi ölkəsində Nizami tədqiqatçıları ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, Nizami irsinin tədqiqinin Macarıstanda 500 illik tarixi var. İlkin dövrdə Osmanlılar onu təbliğ edirdilər. Macarıstan 150 il Osmanlı tərkibində olduğundan həmin dövrdə geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur. Vyanada qorunan bu əlyazmanın əsas nüsxəsi “Xəmsə”nin xülasə formasıdır. Macarıstanın tanınmış alimləri Reyc, A. Vambery, V. Bacher, S.Kegi Nizami yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar müəllifi kimi tanınırlar. Kegi 1980-ci illərdə Azərbaycana səfər etmiş və Bakı xüsusən də Nizami Gəncəvi haqqında kitab yazmışdır. O öz əsərlərində dəfələrlə Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.

Məruzələrdən sonra çıxışçılar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Panel iclas müzakirələrlə davam edib.

Qeyd edək ki, forum noyabrın 26-dək davam edəcək.

 

Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib