MƏDƏNİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir

Bakı, 5 dekabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən "Imperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıya NGBM-nin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vike Freyberqanın rəhbərliyi ilə mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçısı qatılıb.

Multilateralism, BMT-nin Davamlı İnkişaf Proqramı və beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının vitse-prezidenti Van Çişan iştirak edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpi toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək qaldırılan məsələləri müzakirə edib.

Görüşdə xanım Vike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.

Mərkəzin üzvü Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç isə “Bir kəmər-bir yol”, “17+1” layihələrinin Qafqazdan başlayaraq Şərqi Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi və Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı forumları çərçivəsində mütəmadi olaraq Çin ilə bağlı müzakirə və fikir mübadilələrinin aparılması mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.