CƏMİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda videokonfrans təşkil olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Fələstinin Baş naziri Mohammad Ştayyeh ilə “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda videokonfrans keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərəb mediasının böyük marağına səbəb olan videokonfransa 19-dan çox ölkədən 16 sabiq dövlət və hökumət başçısı, həmçinin xarici işlər nazirləri, tanınmış ekspertlər, səfirlər qatılıb.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovun moderatorluğu ilə keçirilən videokonfransda İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freyberqa, Mavritaniyanın sabiq Prezidenti Aminah Qurib-Fakim, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu, Rumıniyanın sabiq Baş naziri Petre Roman, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Amerika Xarici Əlaqələr İnstitutunun prezidenti Susan Elliott və Mərkəzin həmsədri İsmail Serageldin çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.