SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi BMT-nin Cenevrə ofisinin baş direktoru ilə görüşüb

Bakı, 13 iyul, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə mövcud tərəfdaşlıq müzakirə edilib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra konfranslarına verdiyi dəstəyə və iştirakına görə Mərkəzin həmsədrləri adından xanım Tatyana Valovayaya təşəkkür ifadə olunub.

Xanım Tatyana Valovaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son təşəbbüsləri, xüsusən də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr haqqında məlumat verərək, yeni nəşr olunmuş hesabatı təqdim edib.

Baş katib Rövşən Muradov, o cümlədən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumuna xüsusi dəvətnaməni təqdim edərək, foruma hazırlıq məsələləri və müzakirə mövzuları ilə bağlı məlumat verib.

Növbəti görüş baş direktorun ofis rəhbəri David Çikvaidze ilə keçirilib. Görüşdə tərəflər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini və BMT-nin Cenevrə ofisinin bu təşəbbüslərə cəlb olunmasını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.