SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Universitetində mühazirə oxuyublar

Bakı, 2 oktyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa və İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin Latviya Universitetində keçirilən “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Latviya Prezidenti Raymonds Veyonisin təşəbbüsü və iştirakı ilə keçirilən mühazirələrə bir çox sabiq ölkə başçıları, ictimai-siyasi xadimlər də qatılıblar.

Qeyd edək ki, layihə çərçivəsində Latviya Universitetində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın Maliyyə Resursları üzrə Məsləhət Şurasının vitse-prezidenti Con Hop Bryant, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç mühazirələrlə çıxış ediblər.

Mühazirələrdən sonra Latviya Prezidenti Raymonds Veyonis mühazirəçiləri qəbul edib. Qəbulda qlobal, iqtisadi, siyasi və sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.