RƏSMİ SƏNƏDLƏR


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsinin 100 illiyi, milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Birinci vitse-prezidentə və Azərbaycan xalqına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Biz Azərbaycan xalqını son 26 ildə əldə edilən möhtəşəm tərəqqi, Bakının böyük metropolisə çevrilməsi, eləcə də ölkənin bütün çətinliklərə və maneələrə baxmayaraq, sürətlə inkişaf etməsi münasibətilə təbrik edirik.

Ölkənizə bundan sonra da tərəqqi, sülh və inkişaf yolunda uğurla irəliləməyi arzulayırıq.

Zati-aliləri, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq səviyyədə tanınması istiqamətində göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və davamlı konstruktiv əməkdaşlıq üçün ən xoş arzularımızı qəbul edin.

Hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,

 

İsmail Seragəldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,

 

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti,

 

Tarya Halonen

2000-2012-ci illərdə Finlandiyanın Prezidenti,

 

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti,

 

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti,

 

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi,

 

Emil Konstantinesku

1996-2000-ci illərdə Rumıniyanın Prezidenti,

 

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti,

 

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini,

 

Zlatko Laqumdziya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri,

 

Katerina Yuşşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı,

 

Marianna Vardinoyannis

UNESCO-nun xoşməramlı səfiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin