SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsraildə bir sıra görüşlər keçiriblər

Bakı, 13 iyun, AZƏRTAC 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailə səfərə gedib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Knessetin sədri Yuli-Yoel Edelstein, vitse-spiker Yehiel Bar, Patriarx III Teophilos, Knessetin xarici işlər və müdafiə komitəsinin sədri Avi Diçterlə görüşlər keçirilib.

Görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsrail Dövləti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib. Təşkilatın beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyətinin üzvləri mərkəzin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu barədə məlumat verib. Həmçinin VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə müzakirələr aparılıb. Gələcəkdə İsrail Dövlətinin dəstəyi ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Görüşlərdə Mərkəzin mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinin mürəkkəb geosiyasi proseslərin getdiyi müasir dövrdə olduqca böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İsrailin dövlət rəsmiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illər ərzində təşkil etdiyi tədbirlərin dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından vacib olduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.