SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti ilə görüşüblər

Bakı, 13 sentyabr, AZƏRTAC 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Latviyanın keçmiş Prezidenti, mərkəzin üzvü Valdis Zatlersin rəhbərlik etdiyi nümayəndə heyəti Giorgi Marqvelaşviliyə ötən müddət ərzindəki fəaliyyət və gələcək planlar barədə geniş məlumat verib. Prezident Marqelaşvili mərkəzin ABŞ-ın Nyu-York şəhərində keçirilməsi planlaşdırılan növbəti ali səviyyəli toplantısında iştirak edəcəyini bildirib. O, toplantıda məruzə ilə çıxış edəcək.

Görüşdə, həmçinin mərkəzin həyata keçirdiyi layihələr, təşkil edilmiş forumlarda Cənubi Qafqaz regionunda, eləcə də dünyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən ideya və təşəbbüslərin əhəmiyyəti yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.