RƏSMİ SƏNƏDLƏR


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Gəncə şəhərində son günlərdə yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin və Mərkəzin baş katibi Dağlıq Qarabağla bağlı təbliğat işləri aparmaq məqsədilə hər həftə beynəlxalq səviyyədə tanınmış şəxslərin və alimlərin bir araya toplaşdığı veb-konfrans təşkil edirlər.

Bir-birimizə hörmətlə yanaşdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin dostlarınızın bir araya gəldiyi ailədir.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk.

Oskar Ribas Reyq
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
 
Musa Mara
2014-2015-ci illərdə Malinin Baş Naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin