RƏSMİ SƏNƏDLƏR


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurğulayıram.

Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağırışla üz-üzədir. Ancaq təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərliyiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da hamı üçün sülhü və firavanlığı təmin edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman tolerantlığı, dialoqu, anlaşmanı və birgəyaşayışı təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk.

Hörmətlə,

Dalia İtzik

2007-ci ildə İsrailin Prezidenti
2006-2009-cu illərdə Knessetin sədri
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin