MƏDƏNİYYƏT


“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində qeyd ediləcəkVİDEO

Bakı, 14 yanvar, AZƏRTAC

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.