ELM VƏ TƏHSİL


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunacaq

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 15-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunan yubiley yığıncağı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada keçiriləcək tədbirdə ədəbiyyatşünaslıq elminin baş məbədgahı funksiyasını yerinə yetirən institutun şərəfli tarixindən, fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki rolundan bəhs olunacaq. Həmçinin bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə müfəssəl məlumat veriləcək.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.