ELM VƏ TƏHSİL


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edildi

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Araslı Nüşabə Həmid qızı və Məmməd Tahirə Qəşəm qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - Alışanov Şirindil Həsən oğlu, Quliyeva Mahirə Həmid qızı və Yusifov Vaqif Əziz oğlu Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.